Tütünə yox deyək

   Tütünə yox deyək mövzusu haqqında IX,X,XI sinif şagirdləri arasında diskussiya keçirilmişdi.Əsas məqsəd şagirdlərin zərərli vərdişlərdən kənarlaşdırılması  və onların istifadəsinin insan orqanizmində yaratdığı fəsadları onlara başa salmaq idi.

                                                           Plan:

1.Tütün bitkisi haqqında

2.Tərkibində olan zərərli maddələr.

3.Tütünün istehsalı haqqında.

4.Tütünün insan orqanizminə mənfi təsiri.

5.Yaratdığı xəstəliklər

6.Siqaret çəkən insanların kənardakı insanlar üçün zərəri.

7.İnsan psixologiyasına mənfi təsiri.

Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır.İçərisində tütün olan kağız silindr və ziyanverici qətranı tutmaq üçün xüsusi filtrə malik olur.Siqaretin tüstüsündə olan maddələr : nikotin,qətran karbonmoniksid və xərçəng yaradan (karserogen)maddələrdir.Nikotinin 100-120 mq-nı insan bədəninə yeritsək insan ölər.Maraqlı cəhəti bu miqdarın 2 qutu siqaretin tərkibində olmasıdır.IX a sinif şagirdi İsmayılov Harun belə bir sual verir: Bəs nəyə görə 2 qutu siqaret çəkən adam ölmür?

   __ İnsanın ölməməsinin səbəbi siqareti yandıraraq çəkmələridir.Bu zaman nikotin havaya yayılır və onun bir hissəsi  insan orqanizminə keçib onu yavaş-yavaş zəhərləyir.

     Siqaret insanın sinir sisteminə də mənfi təsir edir,ürək və qan damarının işini pozur.Xərçəngin yaranmasına səbəb olur.Yalnız siqaret çəkənin təkcə öz orqanizmi deyil,ətrafdakı insanlar da siqaretin zərərli tüstüsündən bu xəstəliklərə yoluxa bilir.

   Siqaret çəkən insanlar onun stressi azaltdığını düşünür və beləliklə asılılıq yaranır.Bu da insan psixologiyasına mənfi təsir edir.Araşdırmalar nəticəsində məlum olmuşdur  ki,psixoloji problemləri olan insanlar siqaretdən daha çox istifadə edirlər.

                                        Diskussiyada iştirak etdilər:

Direktor:  Mahirə Qocayeva

Psixoloq: Turanə İmamıliyeva

Tibb bacısı: Xəyalə Osmanova

  Tarix:19.XII.2018

           27.XII.2018

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi