Həmrəyliyimiz əbədidir

Bu gün məktəbimizdə Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə “Həmrəyliyimiz əbədidir”adlı geniş tədbir keçirilmişdir.Tədbirdə ilk öncə Dövlət himni səslənmişdir.Şagirdlər hazırladıqları musiqili kompozisiyanı təqdim etmişlər.Onlar hazırladıqları səhnəcikləri,slaydları,əl işlərindən ibarət sərgiləri,divar qəzetlərini nümayiş etdirmişlər.Tədbirdə məktəbin direktoru Mahirə Qocayeva çıxış edərək Həmrəylik günü münasibətilə tamaşaçıları təbrik etmiş və tədbirin fəal iştirakçılarını Fəxri Fərmanla təltif etmişdir.Tədris hissə müdirləri Elçin Hüseynov və Zərifə Cəfərova,müəllimlərdən Afaq Nəbiyeva,Şövkət Quliyeva ,Solmaz Quliyeva çıxış edərək şagird və müəllimlərin bayramını təbrik etmişlər.