“Müharibə uşaqların gözü ilə”mövzusunda şagirdlər arasında rəsm müsabiqəsi keçirildi.

Məktəbimizdə Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Azəri Şəmsiyyə müəllimin rəhbərliyi ilə Xocalı soyqırımının 24 –cü il dönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə”mövzusunda şagirdlər arasında rəsm müsabiqəsi keçirdi.Şagirdlər də bu mövzu ilə əlaqədar gözəl rəsm əsərləri yaratdılar və müsabiqədə nümayiş etdirdilər.Məktəbin direktoru Mahirə Qocayeva, təlim - tərbiyə işləri üzrə direktor - müavini Elçin Hüseynov, Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Azəri Şəmsiyyə və müəllim Mətanət Abdullayeva iştirak edirdi.Rəsm müsabiqəsinin qalibi VII d sinif şagirdi Tanrıverdiyev Anar Elşad oğlu və VII ç sinif şagirdi Məmmədzadə Azadə Zaur qızı oldu.Məktəbin direktoru Mahirə Qocayeva şagirdləri təbrik etdi və onlara dərslərində uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi