İngilis dili fənnindən açıq dərs keçirilib

Məktəbimizdə ingilis dili müəlliməsi Şükürova Alidənin 8 c sinfində açıq dərsi keçirildi. Dərs müasir metodlu-kurrikulum metodu ilə keçirildi. Dərsdə müəllim və şagirdlər prometan lövhədən istifadə etdilər. Dərsdə şagirdlər 3 qrupa bölünmüşdü. Qrupların adları : Azərbaycan, İngiltərə və İspaniya idi.Dərsin mövzusu “The Wish of the land” idi. Mövzu üç ölkənin rəssamları haqqında idi. Səttar Bəhlulzadə , Pablo Pikasso, Julian Biver. Şagirdlər onların janr və uslublarından əsərlərindən istifade etməklə maraqlı divar qazeti hazırlamışdılar .Həmin rəssamların əsərlərindən video çarx hazırlanıb əyani şəkildə izlənildi. Sonra Venn diaqramı üsulundan istifadə edildi. Qrup liderləri lövhədə venn diaqramı vasitəsilə rəssamların oxşar və fərqli cəhətlərini müzakirə etdilər.Bundan sonra qruplara qrup işləri verildi.Qrup işi fərqli tapşırıqlardan ibarət idi. Elektron lövhədə qrup üzvləri tapşırıqları mükəmməl şəkildə yerinə yetirdilər.Dərsin məqsədi şagirdlərə tanınmış rəssamların əsərlərini tanıtmaq, janr və üslublarını mənimsətmək oldu. Sonra dərsin yeni mərhələsinə keçirildi. Yeni mövzu Heydər Əliyev fondu haqqında idi. Heydər Əliyev Fondu və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva haqqında şagirdlərlə sual cavab olundu və video çarx izlənildi.Dərsin nəticəsi müzakirə edildi. Dərsin nəticəsi haqqında video çarxa baxıldı.Dərsin məqsədi Heydər Əliyev Fondunun fəaliyyətləri və Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın işgüzar səfərlərinin , keçirdiyi tədbirlərin məqsədini şagirdlərə mənimsətmək idi.Dərsdə şagirdlər aktiv iştirak etdilər . Dərs ingilis dilində keçirildi. Şagirdlər elektron lövhədə sərbəst işləyərək geniş izahat verdilər.Qrup rəhbərləri xüsusilə Məhəmməd, Emin , İsmət , Nərgiz, Samir, Kamran çox aktiv idilər. Dərs qiymətləndirmə ilə sona çatdı.Dərs bölgüsü düzgün oldu. Direktor , müavinlər və müəllimlər dərsdən çox razı qaldılar. Dərs bəyənildi. Müəllim və şagirdlərə təhsildə və gələcəkdə uğurlar arzu etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi