Azərbaycan abidələr diyarıdır.

Azərbaycan Milli tarix muzeyində, Sabunçu rayon Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin 6 a sinif şagirdlərinin Azərbaycan tarixi fənnindən açıq dərsi keçirilmişdir. " Azərbaycan abidələr diyarıdır" mövzusunda keçirilən dərsin məqsədi, Azərbaycanda olan abidələrin yaranması haqqında, şagirdlərə məlumatın çatdırılması idi. Dərsi tarix müəllimi Quliyeva Solmaz Qafar qızı aparırdı. Müəllimə mövzu haqqında geniş məlumat verdikdən sonra, tarixi abidələri özündə əks etdirən sənədli film nümayiş etdirmişdir. Şagirdlərdən Süleymanlı Nəzrin, Kərimli Coşqun, Süleymanlı Sabir, Quluzadə Qənirə, İmanquluzadə Mənsurə, Hökmalıyev Elvin fəalllıq göstərərək müəllimin suallarına ətraflı cavablar vermişlər. Dərsin təşkilində muzeyin xarici əlaqələr və sərgilər təşkili şöbəsinin müdiri Əhmədov Səbuhi , şöbənin əməktaşı müxbir Həsənova Ramiyyə və Pərvanə Əzimova iştirak etmişdirlər. Açıq dərsdən sonra şagirdlər muzeylə tanış olmuşlar. Sonda şagirdlərə dərsdə fəallıq göstərdiklərinə görə muzeyin rəhbərliyi tərəfindən kitablar hədiyyə olunmuşdur. Açıq dərsin təşkilində məktəblilərə və müəllimlərə şərait yaratdığına görə muzeyin direktoru Nailə xanım Vəlixanlıya və bütün muzey əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi