Bayrağımız qürurumuzdur

Bu gün məktəbimizdə III c  sinfinin müəlliməsi Əsmayə İsmayılovanın rəhbərliyi ilə 9 Noyabr Dövlət Bayrağı gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur”adlı  tədbir keçirilmişdir.Tədbir öz işinə Dövlət Himnimizin ifası ilə başlamışdır.Şagirdlər ədəbi-bədii kompozisiyalar təqdim etmişlər.Onlar Bayraq Gününə həsr olunmuş serlər söyləmiş,səhnəciklər nümayiş etdirmiş,mahnı və rəqslər ifa etmişlər.

    Azərbaycan Təhsil şurasının katibi,”Təhsil və Zaman “qəzetinin redaktoru Böyükağa Mikayıllı tədbirə qonaq qismində dəvət olunmuşdu.Öz çıxışında tədbirin gedişindən çox razı qaldığını söyləmiş,Əsmayə müəllimənin əməyinə yüksək qiymət vermişdir.Məktəbin direktoru Mahirə Qocayeva,dərs hissə müdiri Zərifə Cəfərova,Elnurə İsmayılova,Tarix müəllimi Solmaz Quliyeva,Dil-ədəbiyyat müəllimi Fəridə Əliyeva,Fizika müəllimi Afaq Nəbiyeva,itidai sinif müəllimləri Cəmilə Həsənova,Mətanət Rəcəbova  öz çıxışlarında Dövlət Bayrağıbayramı münasibətilə şagird və müəllim kollektivini təbrik etmiş və Bayrağımzın yaranma tarixindən geniş söz açmışlar.Şagirdlərin bir-birindən rəngarəng çıxışlarını bəyəndiklərini qeyd etmi,Əsmayə müəlliməyə öz təşəkkürlərin bildirmişdilər.Sonda Əsmayə müəllimə çıxış edərək onun əməyinə verilən qiymətə görə,tədbirin ərsəyə gəlməsində ona köməklik  göstərənlərə öz dərin minnətdarlığını bildirmişdir.Sonda şagirdlərin əl işindən ibarək sərgi  və video-çarx nümayiş olunmuşdur.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi