Yenilməz Bayrağımız

Bu gün məktəbimizdə 1 b sinif müəllimi Yaqut Husiyevanın rəhbərliyi ilə 9 noyabr Dövlət bayrağı gününə həsr olunmuş “Yenilməz Bayrağımız “adlı tədbir keçirilmişdir.Tədbirdə Dövlət Himnimiz səslənmişdir. Tədbiri ”Azərbaycan dövlət bayrağı bizim and yerimizdir”sözləri ilə açan Yaqut müəllimə üçrəngli bayrağımızın yaranma tarixindən və bayrağımızın rənglərinin daşıdığı mənalardan bəhs etmişdir.Tədbirdə şagirdlər Bayraq gününə həsr olunmuş şerlər söyləmiş,mahnıl və rəqslər ifa etmişlər.Sonda Dövlət Bayrağına həsr olunmuş video-çarx nümayiş və şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.