Tarixi abidələrə ekskursiya

Sabunçu rayonu E.Misirxanov adına 71 № tam orta məktəbin Tarix müəllimi Solmaz Quliyeva vaxtaşırı şagirdləri tarixi yerlərə ekskursiyaya aparır.Şagirdlər tarix dərsində tədris edilən mövzularda əks olunan tarixi abidələri canlı olaraq görür və mövzunu daha dərindən mənimsəyirlər.Tarix müəllimi Solmaz Quliyeva onlara həmin tarixi yerlərə getməmiş araşdırmalar aparmağı,əlavə məlumatlar toplamağı tapşırır. Bu dəfəki ekskursiya Şirvanşahlar sarayı və Qız Qalasına idi. Müəllim şagirdlərə maraqlandıran suallara ətraflı cavab verərək,bu abidələrin bizə tarixi keçmişimizdən xəbər verdiyini izah edir.Şagirdlər bu abidələrin qarşısında xatirə şəkli çəkdirirlər.Tarixi abidələ olan bütün ekskursiyalar onlarda yüksək təəssüratlar yaradır. Solmaz Quliyeva