İdmanda uğurlarımız.

Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Quliyeva Şövkət Qaraş qızının rəhbərlik etdiyi III a sinfinin şagirdi olan, Surxaylı Sadiq Rövşən oğlu çalışqanlığı və dərslərinə olan məsuliyyəti ilə seçilir. Azərbaycan dili, riyaziyyat, ingilis dilinin sevdiyi fənlər olduğunu bildirir.Nümunəvi ravranışı ilə müəllimlərin etimadını doğruldan Sadiq sinif müəllimi Şövkət xanıma xüsusi rəğbət bəsləyir.Şagird dərslərində əlaçı olmaqla yanaşı, həmdə idmançıdır. O, Maştağa İdman Kompleksinin Sabunçu filialında kicik-boxing idman növü ilə məşğul olur.Sadiq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Ənnağıyev Rəsul Əli oğlunun xatirəsinə həsr olunmuş layt-sanda idman növü üzrə keçirilən turnirdə I yeri qazanmşdır.26 fevral Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş kick-boxing üzrə açıq turnirdə II yerə layiq görülmüşdür.2016-cı ildə Maştağa Olimpiya Kompleksində Azərbaycan juboksinq citsu federasiyasında, "20 YANVAR " xatiəsinə həsr olunmuş turnirdə 30 kq çəki dərəcəsində I yer tutduğuna görə kubok və Diplomla təltif olunmuşdur.Şagirdimizin gələcəyə dair böyük planları var. Sadiq ali məktəbə daxil olmaq istəyir. Onun ən böyük arzusu Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq və dünya çempionu olmaqdır.Gəzmək və istirahət etməkdən zövq alan Sadiq yurdumuzun dilbər guşələrindən olan Masallı, Yardımlı, Qazax rayonuna getmişdir. O, qız qalası, Xalça muzeyini ziyarət etmişdir.Şagirdimizə dərslərində və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.