20 yanvar hadisələrinin iyirmi altıncı ilinə həsr olunmuş tədbir

Yanvarın 19-da məktəbimizdə 20 yanvar hadisələrinin iyirmi altıncı ilinə həsr olunmuş geniş tədbir keçirilmişdir.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının himni ifa edildi.Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Mahirə Qocayeva şagirdlərə 20 yanvar hadisələri haqqında geniş məlumat verdi.Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Şəhidlərimiz haqqında ətraflı çıxış edərək onlara həsr edilmiş ser və poemalardan parçalar söylədilər. N.Hüseynəli,S.Nəzrin,İ.Mənsurə,Q.Nərmin,Q.Qənirə,H.Elvin,S.Sabir,Q.Murad,Ə.İsmayıl,P.Humay,M.Roza,N.Nihad,Z.Vüsal,L.Rəbiyyə və başqalarının çıxışları qəlbləri riqqətə gətirdi.Şagirdlərin əl işlərindən ibarət foto- sərgilər nümayiş olundu. Sonda 20 yanvar hadisələrini özündə əks etdirən sənədli filmlərdən parçalar göstərildi. Solmaz Quliyeva