20 Yanvar Şəhidlərinin anım mərasimi

Bu gün şagirdlərimlə birlikdə 20 Yanvar ümumxalq hüzn gününə həsr olunmuş kompozisiya təşkil etmişdim.İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan məktəbimizin təşkilatı işlər üzrə direktor müavini Azəri Şəmsiyyə 20 Yanvar hadisələrinin baş vermə səbələri haqqında geniş məlumat verərək şagirdləri vətənpərvər olmağa səslədi. Şagirdlər bir-birinin ardınca şəhidlər haqqında məlumatlar və şerlər,bayatılar səsləndirərək kompozisiyanı təqdim etdilər. Sonda məktəbimizin direktoru Mahirə Qocayeva çıxış edərək vətən yolunda şəhid olan soydaşlarımızın xatirəsini əziz tutduqlarına görə IV c sinif şagirdlərinə təşəkkürünü bildirdi. Əsmayə İsmayılova