Son zəng

İyunun 14-də bütün ümumtəhsil müəssisələrində son zəng təntənəli surətlə qeyd edilib.Bizim məktəbdə də song zənd 11-ciləri müstəqil həyata səslədi.Tədbiri məktəbimizin direktoru Mahirə Qocayeva açaraq məzunları təbrik etdi və həyatda onlara uğurlar arzuladı.Şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etdilər.Onların rəngarəng çıxışları alqışlarla qarşılandı.Direktor müavinləri-Şəmsiyyə Azəri,Elçin Hüseynov,Zərifə Cəfərova və digər müəllimlər də çıxış edərək məzunlara xoş arzularını çatdırdılar.