Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Əlili sinif rəhbəri olduğu 5 b sinfini ekskursiyaya aparmışdır

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Əlili İlahə sinif rəhbəri olduğu 5 b sinfini "Tariximizi unutmamaq, mədəniyyətimizi qorumaq" məqsədilə ekskursiyaya aparmışdır. Ekskursiya fəxri xiyabandan başlamışdır. Şagirdlər Ümummilli lider Heydər Əliyevin,eləcə də Azərbaycanın xalq şairlərinin, elm və mədəniyyət işçilərinin qəbirlərini ziyarət etmişlər, Sonra şagirdlər Şəhidlər xiyabanını ziyarət etmişlər. Şəhidlərimizin qəbirləri üzərinə qərənfillər qoymuşlar. Qədim Bakını gəzmək istəyən şagirdlər Qiz qalasına, İçəri şəhərə, Şirvanşahlar sarayına da getmişlər. Bu gəzinti nəticəsində şagirdlər xalqımızın və Bakı şəhərinin tarixini daha dərindən öyrənmiş oldular.