Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi

    Bakı şəhəri üzrə təhsil idarəsinin (BŞTİ) təşkilatçılığı ilə Heydər Əliyev adına İdman kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

     Tədbirdə Təhsil naziri Ceyhun Bayramov,dövlət və hökumət rəsmiləri ,millət vəkilləri,tanınmış ziyalılar,ali məktəb rektorları,BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva,Təhsil Nazirliyinin nümayəndələri,BTŞİ -nin müvafiq struktur bölmə rəhbərləri,rayon icra hakimiyyətinin başçıları,qeyri-hökumət təşkilatlarının və umumtəhsilmüəssisələrinin rəhbərləri,təhsil ekspertləri,müəllim və şagirdlər,KİV nümayəndələri iştirak etdilər. Məktəbimizin  Tarix müəllimi Gülnaz Quliyeva və bir çox şagirdlər də bu tədbirə qatılmışlar. 

      Tədbir gənc nəslə Cümhuriyyətin tarixini mənimsətmək,dövlətçilik ənənələri ilə bağlı maarifləndirmə işini gücləndirmək,xüsusi istedada malik olanyaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq,onlarda özünəinam,vətənə məhəbbət,dostluq,birlik,humanistlikmilli mənəvi və ümümbəşəri dəyərlərə hğrmət hisslərini tərbiyə etməkməqsədi ilə təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi