Cümhuriyyət -100 il

Məktəbimizdə Cümhuriyyətin 100 illiyi münasibətilə geniş tədbir keçirilmişdi.Tədbir məktəbin Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəri ,Tarix müəllimi Gülnaz Quliyeva və Dil - ədəbiyyat müəllimi Hafizə Həsənova tərəfindən hazırlanmışdı. Tədbirdə şairə- publsist,”Aşıq Pəri” məclisinin bədii rəhbəri Güllü Eldar qızı Tomarlışairə,”Aşıq Pəri “məclisinin üzvü Südabə xanım, yazıçı- şair, həkim ya
,yazıçılar birliyinin üzvü Aqşin Ağkəmərli,yurnalist –publisist İlham müəllim iştirak etmişlər.Tədbirdə öncə Azərbaycanın dövlət Himni səslənmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahirə Qocayeva Cümhuriyyətin 100 illiyi münasibətilə tədbir iştirakılarını təbrik etmiş və öz çıxışında Cümhuriyyətin keçdiyi həyat yolundan bəhs etmişdir. Şagirglər təqdim etdikləri musiqili kompozisiyada Cümhuriyyətə həsr olunmuş şerlər söyləmiş,səhnəciklər göstərmiş,mahnı və rəqslər ifa etmişlər.Dəvət olunmuş qonaqlar tədbir haqqında xoş sözlər söyləmişlər.Tədbirdə məktəbin Tarix müəllimləri Solmaz Quliyevanın və Mahirə Əliyevanın birlikdə yazmış olduqları Cümhuriyyətin 100 illiyinə və ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətiə həsr olunmuş “Müstəqilliyə gedən yol”kitabının da təqdimatı olmuşdur.Tarix müəllimi Mahirə Əliyeva mediya mükafatı dirlomu və medalı ilə təltif olunmuşdur.Məktəblərarası bilik yarışlarının qalibləri və məktəbin ictimai işlərində,tədbirlərdə fəal iştirak edən şagirdlər də Fəxri Fərman və Diplomlarla təltif olunmuşlar təltif edilmişlər.