Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar “Milli qəhrəmanlarımız and yerimizdir”mövzusunda tədbir keçirildi

Sabunçu rayonu 71 №li tam orta məktəbin direktoru Qocayeva Mahirə və Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azərinin təşkilatçılığı ilə Şəhidlər xiyabanına müəllim və şagirdlərin ziyarəti təşkil olunmuşdur. Onlar məzarlar üzərinə tər qərənfillər düzmüşlər.Ziyarət başa çatdıqdan sonra Tarix müəllimi Solmaz Quliyevanın rəhbərliyi ilə VII a sinif şagirdləri 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr edilmiş “Şəhidlər and yerimizdir”mövzusunda geniş tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə açan Solmaz Quliyeva şagirdlərə 20 Yanvar faciəsinin baş vermə səbəbləri haqqında məlumat verərək onları vətənpərvər olmağa səsləmişdir. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Şagirdlərdən N.Hüseynəli,S. Nəzrin,S. Sabir,H. Elvin,Q.Nərmin,İ.Mənsurə,E.Anar,Q.Qənirə,P Humay,M.Roza,H Fərid,H.Arif,Q.Murad,G.İbrahim,N.Nihad və başqaları şəhidlər haqqında məlumatlar vermiş ,onlara həsr edilmiş şerlər söyləmişlər. Şagirdlər şəhidlərimizi özündə əks etdirən rəsm sərgilərini də nümayiş etdirmişlər.Lətifli Rəbiyyənin Şəhidlər xiyabanna aid çəkdiyi rəsm və Elvin Hökmaliyevin foto sərgisi daha çox diqqəti cəlb etmişdir. Tədbirdə çıxış edən biologoya müəllimi Zərifə Cəfərova bu tədbirin şagirdlərdə vətənpərvərlik hissinin daha da yüksəlməsində böyük rol oynayacağı haqqında öz fikirlərini söyləmişdir.Belə tədbirin təşkil edilməsində əməyi olan müəllim və şagirdlərə öz təşəkkürün bildirmişdir. Tədbir başa çatdıqdan sonra Şəhidlər xiyabanında dəfn edilən Qarabağ müharibəsində həlak olaraq şəhidlik zirvəsinə ucalan qəhrəman oğul və qızlarımızın da məzarları ziyarət olunmuşdur. Solmaz Quliyeva
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi