6 d sinfində açıq dərs keçirildi.

Bakı şəhəri Sabunçu rayonu E.Misirxanov adına 71 №-li tam orta məktəbdə xarici dil müəllimi Səfərova Ləman, , 6 d sinfində açıq dərs keçirdi.Dərsdə 4 təlim formasının hər birindən istifadə etdi. Şagirdlər 3 qrupa bölündü.Mövzu: Televizorun mənfi və müsbət cəhətlərinə aid idi . Buna görə də qruplar: Kharabag TV , Tabriz TV və London TV qruplarına bölündü.1. Kharabag TV - qrup rəhbəri - Həsənova Leyla.2. Tabriz TV - qrup rəhbəri - Əmirova Fatimə.3. London TV - qrup rəhbəri - Həsənova Aytən. Dərsdə məktəb direktoru Mahirə Qocayeva, təlim-tərbiyə üzrə müdir müavini Elçin Hüseynov, təşkilatı işlər üzrə direktor müavini Şəmsiyyə Azəri, ibtidai siniflər üzrə direktor müavini Elnurə İsmayılova və ingilis dili, biologiya, coğrafiya , kimya, musiqi müəllimləri iştirak edirdi.Dərs boyu şagirdlər fəallıq göstərərək, verilən sualları tez cavablandırmağa çalışırdılar. Şagirdlər əməkdaşlıq edərək qruplarının qalib gəlməsini istəyirdilər. Sonda Kharabag TV qrupu qalib gəldi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi