FİZİKA FƏNNİNDƏN AÇIQ DƏRS KEÇİRİLMİŞDİR

Bakı şəhəri Sabunçu rayonu E.Misirxanov adına 71 №-li tam orta məktəbdə fizika müəlliməsi Nəbiyeva Afaq, 10 b sinfində açıq dərs keçirmişdir.Ev tapşırığı “Enerjinin və impulsun saxlanma qanunu” bölməsinin ümumi təkrarı, yeni mövzu isə,“Mexaniki rəqslər ” idi . Dərs interaktiv təlim və kurikulum metodu ilə qoyulmuşdu. Beləki sinif şagirdləri 4 qrupa bölünmüşdür. Və hər qrupun öz kapitanı vardır.I qrup : Mexaniki iş ( Həşimova Zəhra ).II qrup: Kinetik enerji ( Məmmədov Rəşid)III qrup : Potensial enerji (Prizadə Gülər)IV qrup : Tam mexaniki enerji (Məmmədzadə Rza)Müəllim “Venn dioqramı, uyğunluğu müəyyən edin”, “Krosvord ” , “Məsələ həlli” , “Tapmaca” , “Atalar sözləri”, Xalq mahnıları” üsullarından istifadə edərək , şagirdlərin ev tağşırıqlarını nə dərəcədə mənimsəmələrini yoxladı.Dərsi riyaziyyat, coğrafiya, biologiya, azərbaycan dili , ədəbiyyat və musiqi ilə inteqrasiya yaratdı. Köhnə dərs yeni dərsi əlaqələndirib maraqlı motivasiya qurdu. Dərs çox maraqlı və əyləncəli keçərək, müasir təlim metodlarına cavab verdi. Sonda müəllim qiymətləndirməni maraqlı apardı ,beləki kapitan komandaların qiymətini özü yazdı , lakin qrupdakı şagirdlərin qiymətləndirilməsini kapitanların özlərinə tapşırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi