Şagirdimiz Türkiyədə keçirilən festivalda iştirak edib.

Türkiyədə 24 aprel tarixində Cumhiriyyətin 100 illiyinə həsr olunmuş cocuq günü festivalı keçirilib. Bu festivalda Azərbaycanı təmsil edən kiçikyaşlı uşaqlardan ibarət nümayəndə heyyətinin biri də E. Misirxanov adına 71 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Nihad Cəfərli idi.Şagirdimiz əvvəlcə Çanakkalə türküsu mahnısını daha sonra ulu öndərimiz Heydər Əliyevin qızı Sevil Əliyevanın bəstəsi olan "Ana " mahnısını ifa edərək tamaşaçıları riqqətə gətirdi.Alqışlarla qarşılanan Nihadı Kahraman Maraş şəhərinin Mədəniyyət və Turizm Nazirliyinin müdiri çox bəyəndiyini və gələcəkdə onu dövlət tədbirlərində görmək istədiyini bildirdi.