RİYAZİYYAT FƏNNİNDƏN AÇIQ DƏRS KEÇİRİLMİŞDİR

Bakı şəhəri Sabunçu rayonu E.Misirxanov adına 71 №-li tam orta məktəbdə riyaziyyat müəllimi Həsənova Elnarə 6 d sinfində “Faizinə görə ədədin tapılması” mövzusunda açıq dərs keçirmişdir.Şagirdlər qruplara bölünmüşdür. 1. Zəka2. Riyaziyyatçılar3. Alimlər4. Istedadçılar Müəllim Həsənova Elnarə dərsdə İKT-nin imkanlarından geniş istifadə etdi. Dərs boyu şagirdlər fəallıq göstərərək, verilən sualları tez cavablandırmağa çalışırdılar. Şagirdlər əməkdaşlıq edərək qruplarının qalib gəlməsini istəyirdilər.