Oxu günü

   “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 dekabr 2014-cü il tarixli 1279 № li əmrini əsas götürərək şagirdlərə mütaliə vərdişlərinin aşılanması və kitab təbliği istiqamətində məktəbimizdə 19-20 aprel 2018-ci il tarixində “Oxu günü “ tədbiri keçirildi.

     Məktəbimizin şagirdləri “Oxu günü”ilə əlaqədar olaraq akt zalına toplaşdılar.Burada məktəb rəhbərliyi,müəllim kollektivi iştirak etmişdilər.Onlar çıxış edərək insanın mənəvi aləminin zənginləşməsində,dünyagörüşünün və bilik dairəsinin genişlənməsində,bədii təxəyyülünün obrazlı və məntiqi təfəkkürünün inkişafında,şagirdlərin nitqinin inkişaf etdirilməsində mütaliənin rolunun əhəmiyyətindən bəhs ediblər.

   Müəllimlərin çıxışından sonra şagirdlər oxuduqları əsərlər barədə  müzakirə etdilər.Şeir və mahnılar  ifa etdilər.

    Məktəbimizin” Azərbaycan dili və ədəbiyyat “ fənn metodbirləşməsinin rəhbəri Əlili İlahənin təşkilatçılığı ilə keçirilən bu tədbir İbtidai siniflərdə davam etdirildi.Ə. İlahə ibtidai siniflərdə təbliğat xarakterli çıxışlar edib :kitab oxumağın,mütaliə etməyin şagirdlərə xeyri və onların şəxsiyyət kimi formalaşmasındakı rolu barədə fikirlər söylədi.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi