Səməd bəy .Mehmandarovun 160 illik yubileyinə və Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş tədbir.

Sabunçu rayonu E.Misirxanov adına 71 № li tam orta məktəbdə keçirilən silsilə tədbirlərdən biri də Azərbaycanın artilleriya generalı ,həmçinin Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi naziri olmuş Səməd bəy Mehmandarovun 160 illik yubileyi və 31 dekabr-Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuşdu.Tədbir Azərbaycan Respublikasının Himni ilə başlanmışdı.Tədbiri giriş sözü ilə açan məktəbin Təşkilati işlər üzrə direktor müavini Azəri Şəmsiyyə Odlar yurdu Azərbaycanımızın qədim tarixindən tutmuş müasir dövrədək keçdiyi həyat yolundan bəhs edərək məktəbliləri vətənpərvərliyə səsləmişdir. Məktəblilər hazırladıqları kompozisiyanı təqdim edərək şerlər söylədi,mahnılar ifa etdi və səhnəciklər nümayiş etdirdilər..V sinif şagirdləri xalq qəhrəmanları olan Babək,Cavidan,Tomirisin,X sinif şagirdləri isə S.Mehmandarovun,Mübariz İbrahimovun rollarını səhnədə çox məharətlə canlandırdılar.Ulu öndərimiz Heydər Əliyevin keçdiyi həyat yolundan bəhs edən slaydlar nümayiş olundu.Qarabağ müharibəsinin xalqımıza,vətənimizə gətirdiyi fəlakətlərdən söhbət açıldı,Müharibədə şəhid olan oğul və qızlarımız anıldı.Tədbirimizin son mərhələsində Dünya azərbaycanlılarının həmrəyliyi,və bu həmrəyliyin təşkilatlanması yolunda görülən işlər haqqında məlumat verildi.Şaxta baba və Qar qızın səhnəyə gəlişi əsil sürpriz oldu.Məktəbimizin direktoru Mahirə Qocayeva tədbirin sonunda çıxış edərək tədbirin təşkilində əməyi olan Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəriyə,tarix müəllimləri Səbinə Əmiraslanovaya,Mahirə Əliyevaya , Solmaz Quliyevaya və çıxış edən şagirdlərə öz təşəkkürünü bildirdi. Səbinə Əmiraslanova