"Biologiya-Kimya gecəsi"

14 04 2018 ci ildə Kimya müəllimi Azəri Şəmsiyyə və Biologiya müəlimmi Zərifə Cəfərovanın rəhbərliyi ilə məktəbimizdə “Biologiya –Kimya gecəsi”keçirilmişdir.
Gecənin keçirilməsində məqsəd Kimya və Biologiya fənlərinin şagirdlərin elmi dünyagörüşünün formalaşmasında oynadığı rolu tədbir iştirakçılarına çatdırmaq idi.Bu məqsədlə slaydlar nümayiş olundu,şerlər söylənildi,səhnəciklər göstərildi.
İlk öncə Xisinif şagirdləri “Rast”simfonik nuğamının sədaları altında “Kimya” və “Biologiya”sözləri yazılmış plakatlarla səhnəyə daxil oldular .
Vd,VI ə,VII f,VIIIa sinif şagirdləri “Bir qalanın sirri”filmindən,”Duz qədər sevgi” M.F.Axundovun”Kimyagər”əsərlərindən səhnəciklər nümayiş etdirdilər.
IX a sinfinin “Bitkilərin müxtəliflik mərkəzləri”,IX b sinfinin " Orqanlar”,X a sinfinin”Bibi məktəbdə”səhnəcikləri tədbir iştirakçılarının böyük rəğbəti ilə qarşılandı.
XI sinif şagirdlərinin ifasında “Almanı atdım xarala”xalq mahnısı,”Ləzgi” və “Yallı” rəqsləri gurultulu alqışlarla qarşılandı.
Sonda tədbirin təşkilində fərqlənən şagirdlər Diplomlarla,Viktorina bölməsində fərqlənən şagirdlər isə hədiyyələrlə təltif olundu.
Tədbirin hazırlanmasında Kimya müəllimi Şəmsiyyə Azərinin, Biologiya müəllimi Zərifə müəllimənin,İbtidai sinif müəllimi Züifiyyə müəllimənin,Dil-ədəniyyat müəllimi Hafizə müəllimənin böyük əməyi olmuşdur.