İdmanda uğurlarımız.

Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin ibtidai sinif müəllimi İsmayılova Əsmayə Məhəmmədtağı qızının rəhbərlik etdiyi IV c sinfinin şagirdi olan, Şamilova Xədicə, öz savadı və müxtəlif istedadları ilə hər zaman öndə gedən şagirdlərdən biridir. Xədicə istər bilik, istər yaradıcı fəaliyyət tələb edən bir çox yarışlarda iştirak edib və uğur qazanmışdır. Müəllim üçün, məktəb üçün şagirdlərinin uğurlarını izləməkdən gözəl nə ola bilər ki. Dərsini əla qiymətlərlə oxuyan Xədicə həm də skripka üzrə musiqi təhsili alır. Sinif və məktəbdaxili tədbirlərdə iştirak edərək təhsil aldığı Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin direktoru Mahirə Qocayeva tərəfindən bir neçə dəfə fəxri fərmana layiq görülüb. Bu gün isə Xədicə Təhsil Nazirliyinin nəzdində olan İxtisasşdırılmış Olimpiya Ehtiyatları uşaq Gənclər İdman məktəbinin qılıncoynatma üzrə Respublika yarışında III yer layiq görülüb. Diplomla təltif edilmişdir. Şagird Şamilova Xədicənin bundan daha yüksək zirvələrə fəth edəcəyinə inanırıq.Arzu edirik ki, Hər zaman Vətənimizin adını yüksəklərdə tutsun. Xədicən timsalında, bütün şagirdlərə uğurlu gələcək arulayılırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi