"Novruz gəlir,yaz gəlir"

  Bakı şəhəri E.Misirxanov adına 71 nörəli tam orta məktəbdə 17.03.2018 -ci il tarixində novruzun gəlişi ilə əlaqədar "Novruz gəlir,yaz gəlir"adlı ədəbi-bədii kompozisiyadan ibarət geniş tədbir keçirilmişdi.Tədbir Məktəbin dil və ədəbiyyat  müəllimi Hafizə Həsənova və tərbiyə və təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəri tərəfindən hazırlanmışdı.Bayram əhval-ruhiyyəli tədbirdə şagirdlər tərəfindən şən rəqslər,mahnılar ifa edildi,səhnəciklər nümayiş etdirildi,şerlər söylənildi.M.Füzulinin "Leyli və Məcnun",Anarın "Ötən ilin son gecəsi",M.F. axundovun Hekayəti Müsyo- Jordan və Dərviş Məstəli şah cadükuni məshur"əsrlərindən səhnələr alqışlarla qarşılandı.

Tədbirdə məktəbin direktoru Mahirə Qoayeva,Tərbiyə və Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəri,direktor müavinləri Elçin Hüseynov,Zərifə Cəfərova,mediya nümayəndələri , şagird və müəllim kollektivi iştirak edirdi.Tədbirin sonunda məktəbin direktoru Mahirə Qocayeva,Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəri və mediya nümayəndəsi,yazıçı İradə Borçallı çıxış edərək tədbiri yüksək səviyyədə hazırladığına  görə Hafizə müəlliməyə və şagirdlərə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi