"Arşın mal alan"

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində anadan olmuşdur.Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. "Arşın mal alan" musiqili komediyasında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında,1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır. Üzeyir Hacıbəyovun yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır. "Arşın mal alan" beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammafon valına yazılmışdır."Arşın mal alan" musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilmişdi. Bu, səssiz film olub."Arşın mal alan" bu gün də qəlbləri fəth edir.Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin musiqi müəllimi Qurbanova Məryəm rəhbərlik etdiyi VII ç sinifin şagirdləri tərəfindən, Üzeyir Hacıbəyovun “ Arşın mal alan ” operattası tamaşaya qoyulub. Operettadan bir neçə epizodlar seçilib, şagirdlər tərəfindən böyük həvəslə tamaşaya qoyulmuşdur.