Xocalı faciəsi

Fefralın 26-da Sabunçu rayonu E.Misirxanov adına tam orta məktəbdə Xocalı faciəsi qurbanlarının anım günü qeyd edilmişdir.Anım gününə məktəbin bütün müəllim və şagird kollektivi qatılmışdır.İlk ğncə Azərbaycan himni səslənmiş,sonar isə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Məktəbin direktoru Mahirə Qocayeva tədbiri açaraq Xocaı faciəsi haqqında geniş məlumat verdi.
Tədbir məktəbin təşkilati işlər üzrə direktor müavini Azəri Şəmsiyyə və tarix müəllimi Şahanə İmanovanın rəhbərliyi ilə hazırlanmışdı.Şagirdlər geniş kompozisiya ilə çıxış edərək o dəhşətli gecəyə aid şerlər söylədi,vətənpərvərlik mahnıları səsləndirdi.Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi də nümayiş olunmuşdu.Xocalı faciəsini əks etdirən slaydlar nümayiş edimişdir.
Tədbirin sonunda Təşkilati işlər üzrə direktor müavini Azəri Şəmsiyyə, direktor müavini Zərifə Cəfəova,Coğrafiya müəllimi Məleykə Əliyeva,Dil-ədəbiyyat müəllimləri Sevda Verdiyeva,Fəridə Məhərrəmova və başqaları çıxış etmişlər.Azəri Şəmsiyyə çıxışının sonunda əmin olduğunu bildirmişdir ki tezliklə işğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində düşmən tapdağından azad olacaqdır.