Tarixi keçmişimizə səyahət.

Tarixi öryənmək üçün təkcə dərs vəsaitlərindən istifadə etməklə kifayətlənmək olmaz.Bu məqsədlə məktəb şagirdlərini vaxtaşırı muzeylərə,tarixi abidələr olan məkanlara aparmaqla tariximizi onlara daha dərindən mənimsətmək lazımdır.Müasir dərsin tələblərinə cavab vermək üçün bu çox vacibdir. Məktəb direktoru Mahirə Qocayeva və Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azərinin təşkilatçılığı ilə şagirdlərin tez-tez muzey və tarixi abidələrə ekskursiyaları təşkil edilir. Tarix müəllimi Solmaz Quliyevanın rəhbərliyi ilə Azərbaycan Milli Tarix muzeyinə,Qobustan Qoruq muzeyinə,Qala Açıqtipli muzeyə,Şirvanşahlar sarayına,Qız Qalasına,XVIII əsrə aid Ağsu arxeoloji qazıntı sahəsində yaradılmış muzeyə,beş min illik tarixə malik Xınalığa,31 mart soyqırımında erməni vandallarının törətdiyi soyqırım nəticəsində Qubada vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış Memorial kompleksə təşkil edilmiş ekskursiyalar şagirdlərdə böyük təəssüratlar yaradıb.Dərs zamanı əldə etdikləri məlumatları əyani şəkildə görmələri onların marağına səbəb olaraq yaddaşlarına həkk olunur.Müəllim muzey eksponatları və abidələr haqqında geniş məlumat verərək şagirdlərin suallarını ətraflı cavablandırmışdı. Solmaz Quliyeva