Xocalıya ədalət

Fefralın 23-də Sabunçu rayonu E.Misirxanov adına 71 № li tam orta məktəbin müəllim və şagird kollektivi Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı”abidəsini ziyarət etmişlər.
Sonra isə onlar M.S.Ordubadi adına xatirə muzeyində “Xocalıya ədalət”adlı təşkil edilmiş tədbirə qatılmışlar.Tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.Tədbirdə şagirdlər Xocalı hadisələrindən bəhs edən kompozisiya ilə çıxış etmiş ,əl işlərindən ibarət rəsm sərgiləri nümayiş etdirmişlər.Şagirdlərin kövrək notlarla çıxışları tədbir iştirakçılarını duyğulandırmışdir.Tarix müəllimi Solmaz Quliyeva tədbirin sonunda çıxış edərək demişdir ki,heç bir cinayət cəzasız qalmadığı kimi mənfur ermənilərin törətdiyi bu cinayət də cəzasız qalmayacaq.O prezident vəAli Baş Komandanımız İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına,qaçqın və köçkünlərinizin öz yurdlarına dönəcəklərinə əmin olduğunu qeyd etmişdir.