Azərbaycan Milli Tarix muzeyində “Azərbaycan abidələr diyarıdır”mövzusunda açıq dərs.

Sabunçu rayonu E.Misirxanov adına 71№ tam orta məktəbin Tarix müəllimi Solmaz Quliyeva Azərbaycan Milli Tarix muzeyində “Azərbaycan abidələr diyarıdır”mövzusunda açıq dərs təşkil etmişdir. Açıq dərs müasir dərsin tələblərinə uyğun təşkil edilmişdir.Müəllim tarixi abidələrimiz haqqında geniş məlumat vermişdir.Bölgələrimizdə aparılan arxeoloji qazıntılar haqqında məlumat verərək demişdir ki,Azərbaycan həqiqətən də ən qədim insan məskənlərindən biri olmuşdur.Dərsdə İKT-nın nailiyyətlərindən istifadə edilərək Ölkəmizdə olan tarixi abidələr haqqında slayd nümayiş olunmuşdu.Şagirdlərdən Nəzrin Süleymanlı,Mənsurə İmanquluzadə,Fərid Həsənov,Elvin Hökmaliyev,Qənirə Quluzadə,Anar Eminov,Hüseynəli Novruzov ,Nərmin Qədimova Tarixi abidələr haqqında hazırladıqları kompozisiyanı nümayiş etdirmişlər. Açıq dərsdə şagirdlərə müzeyin rəhbərliyi tərəfindən bir çox kitab və albomlar hədiyyə edilmişdir. Sonda şagirdlər muzeydəki qiymətli eksponatlarla tanış olmuşlar.Müəllim tərəfindən onların sualları geniş cavablandırılmışdı. Bir sıra mətbuat orqanları tərəfindən “Açıq dərs”haddında məlumat yayımlanmışdır.