Ədəbiyyat fənnindən açıq dərs keçirilmişdir.

Bakı şəhəri Sabunçu rayonu E.Misirxanov adına 71 №-li tam orta məktəbinin IX b sinfində ədəbiyyat fənnindən açıq dərs keçirilmişdir. Açıq dərs Azərbaycan dili və ədəbiyyat müəllimi Əlilli İlahə tərəfindən hazırlanmışdır. Açıq dərsin mövzusu Süleyman Rəhimovun “Minnətsiz çörək” hekayəsində Mirzə Valeh və Hatəm xan obrazlarının təhlili idi. Açıq dərsdə məktəbin direktoru Qocayeva Mahirə, məktəbin tədris-hissə müdiri Hüseynov Elçin, təşkilatı məsələlər üzrə direktor müavini Azəri Şəmsiyyə, pisixoloq İmaməliyeva Turanə, ədəbiyyat müəllimi Məhərrəmova Fəridə, Qədimova Səadət, Kərimov Taqət, Əzimova Gülnarə , biologiya müəllimi Cəfərova Zərifə, müəllimlərdən Əliyeva Yasəmən, Yusifova Zülfiyyə, Hüseynova Rahibə, Nəbiyeva Afaq, Mirzəyeva Xədicə, Qaibxanova Mələknisə, Xəlilova Fatimə, iştirak edirdilər.Dərsdə şagirdlər 5 qrupa bölünmüşdür. Qrupların adları hekayənin məzmunu ilə əlaqələndirilmişdir. “Minnət” , “Azadlıq”, “Əmək”, “Qiymət”, “Zəhmət” qrupları.Qruplarla tanışlıqdan sonra məzmunlar bağlı iş vərəqləri qruplara paylanılır. Qruplar suallara cavab hazırlayana qədər electron lövhədə Emin Sabitoğlunun “Bizim Cəbiş müəllim ” filmi üçün yazılmış musiqisi səsləndirilir. Eyni zamanda elektron lövhədə S.Rəhimovun həyat yaradıcılığını əks etdirən slayd nümayiş etdirilir.“Minnət ” qrupu öz səhnəcikləri ilə cavab verirlər. Dərsdə müəllim azad ölkədə sərbəst yaşamağı təbliğ edilən fikirlər söyləyir. Əsərin təhlilinə başlamazdan əvvəl electron lövhdə “Babək” filmindən kiçik bir fraqment nümayiş etdirilir. Babəkin azadlıqla bağlı söylədiyi fikir ilə hekayənin baş qəhrəmanı Mirzə Valehin amalı müqayisə edilir. Obrazları təhlil etdikdən sonra Mirzə Valeh və Hatəm Xanla görüşü təşkil olunur. Quruplar bu surətlərdən müsahibə alırlar.Dərs gedişində şagirdlər “Hekayə xəritəsi” adlı tablonu da işləyirlər.Qruplar arasında əsərin məzmunu ilə bağlı atalar sözü yarışı təşkil olunur. Qruplar əməkdaşlıq, təqdimat, tərtibatlarına görə qiymətləndirilir.Şagirdlər əsərin məzmunu ilə bağlı , şəkillər yazıçının şəkillərini, məzmun və ideyaca bu əsərlə bağlı olan şəkillər də çəkmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi