Hüseyn Cavid yaradıcılığı

Sabunçu rayonu E.Misirxanov adına71 № li tam orta məktəbdə Hüsen Cavidin 135 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə ilk olaraq Dölət Himnimiz səsləndirilib.Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəri və ana dili və ədəbiyyat müəllimi Hafizə Həsənovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Hüseyn Cavidin həyat və yaradıcılığı geniş işıqlandırılıb.”Şeyx Sənan”,”İblis” faciələri,”Ana “dramı səhnələşdirilib, şagirdlər tərəfindən yüksək səviyyədə təqdim olunub.H.Cavid haqqında xatırələr,şerlər,qəzəllər səsləndirilib,musuqi nömrələri verilib.Tədbirdə “Cavid ömrü”filmindən video-çarx nümayiş olunub .Əl işlərindən ibarət rəsm sərgi iştirakçıların böyük marağına səbəb olub.
Məktəbin direktoru Mahirə Qocayeva,direktor müavinləri Şəmsiyyə Azəri,Zərifə Cəfərova,Elçin Hüseynov,dil ədəbiyyat müəllimləri Fəridə müəllimə,Sevda müəllimə,İlahə müəllimə çıxış edərək tədbir haqqında ,Hüsen Cavid yaradıcılığı haqqında öz yüksək fikirlərini bildirdilər.Sonda tədbirdə fəal iştirak edən şagirdlər-Hökmaliyev Elvin,Mirələkbərov Mirhüseyn,Hüseynzadə Vüsal,Hüseynov Kamal məktəbin direktoru tərəfindən “Tərifnamə”ilə təltif olundular.