Qan yaddaşımız.

     Yanvarın 19-da Sabunçu rayon e.Misirxanov adına 71№li tam orta məktəbdə Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəri vəTarix müəllimi Gülnaz Quliyevanın təşkilatçılığı ilə 20 yanvar faciəsinin 28 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahirə Qocayeva çıxış edərək 1990 cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlıq şüarı ilə meydana toplaşan dinc əhali üzərinə rus ordusunun tanklarla,ağır zirehli texnika ilə hücuma keçərək yüzlərlə insanın yaralandığı,şəhid olduğu haqqında geniş məlumat verdi.

    Şagirdlər şəhidlərə həsr olunmuş şerlər söylədi,səhnəciklər nümayiş etdirdilər.Şagirdlər əl işlərindən ibarət sərgilər də təşkil etmişdilər.

   Sonda bu faciəni özündə əks etdirən video çarxlar nümayiş olundu.

                   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi