Qanlı Yanvar

Sabunçu rayonu 71”li tam orta məktəbin Vlll a sinif şagirdləri Tarix dərsində “Qanlı Yanvar “faciəsinə həsr olunmuş təqdimat hazırlamışlar. Tarix müəllimi Solmaz Quliyeva bu faciəni törədən səbəblər haqqında məlumat verərək bildirdi ki,müstəqilliyimizə gedən yol  həmin gecədən başlandı.Rus işğalçı ordusunun əliyalın xalqımız üzərinə tanklarla,silahlarla hücuma keçərək qocaları,uşaqları,gəncləri  qətlə yetirməsi milli azadlıq uğrunda mübarizənin genişlənməsinə və bir il sonra azadlığa qovuşmağımıza gətirib çıxardı.

      Şagirdlər o qanlı gecəyə həsr olunmuş şerlər söylədi,səhnəciklər nümayiş etdirdi,əl işlərindən ibarət rəsm sərgilər təgdim etdilər.Sonda “Qanlı Yanvar" hadisələrini özündə əks etdirən videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi