20 yanvar faciəsini yad edək

Sabunçu rayonu E.Misirxanov adına 71№li tam orta məktəbin ibtidai sinif müəllimi Musayeva İlhamənin təşkilatçılığı ilə lV ə sinfində şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirmişlər.
Şagirdlər şəhidlərə həsr olunmuş şerlər söylədi,əl işi olan şəkilləri sərgilədilər Onlar Şəhidləri bu günümüzün qeyrət salnaməsi,qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri ,həm də fəxrimiz,örnəyimiz olduğunu vurğuladılar.
Tədbirdə iştirak edən məltəbin direktoru Mahirə Qocayeva və Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəri çıxış edərək şəhidlərimizin qürur mənbəyimiz olduğunu,bu qanlı tarixi salnaməni unutmamağı tövsiyyə etdilər.
Tədbirdən sonra Şagirdlər İlhamə müllimənin rəhbərliyi ilə Şəhidlər xiyabanını ziyarət etdilər.