"Hüquqlarımızı bilək və qoruyaq"

Bakı şəhəri Sabunçu rayonu 71 № li tam orta məktəbdə VIII c sinif şagirdlərini iştirakı ilə "Hüquqlarımızı bilək və qoruyaq "adı altında tədbir keçirilmişdir.Tədbirdə ilk öncə Himnimiz səsləndirilmişdi.Tarix müəllimi Elxan İsmayılov Elektron lövhədə qanunlarımızı əks etdirən slaydlar nümayiş etdirərək geniş məlumat vermişdir.Şagirdlərdən Həşimzadə Məhəmmədin məruzəsi maraqla dinlənilmişdir.Emin Qənbərli,Yunus İsmayıl,Ləman Məmmədova,İsmət Qəribov,Murad Mahmudov və başqa şagirdlər də hüquqlarımız haqqında maraqlı fikir və mülahizələrini söyləmişlər. Tədbirdə məktəbin Təşkilati məsələlər üzrə direktor müavini Azəri,Şəmsiyyə,Tədris hissə müdiri Elçin Hüseynov,Biologiya müəllimi Zərifə Cəfərova,Tarix müəllimi Solmaz Quliyeva iştirak etmişdir.Azəri Şəmsiyyə tədbirin təşkilində əməyi olan müəllim və şagirdlərə təşəkkürünü bildirmişdir.O,şagirdləri qanunlarımıza hörmət etməyə və onu qorumağa səsləmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi