Uğurun açarı müəllim

Məktəbimizdə dekabrın 19-də Təlim-tərbiyə üzrə direktor müavini Şəmsiyyə Azəri və Dil-ədəbiyat müəllimi İlahə Əlilinin təşkilatçılığı ilə” Uğurun açari müəllimdir”adlı tədbir keçirilmişdir.Tədbirin keçirilməsində əsas məqsəd məktəbimizin uğurları ilə məktəb kollektivini tanış etmək idi.Tədbirin səbəbkarları XIç sinif şagirdi Qəribli Ayşən Elşən qızı,XI b sinif şagirdi Zəkəriyəyev Nadir İlham oğlu,X csinif şagirdi Abışsoy Fidan Nail qızı idi.
Qəribli Ayşən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya gününə həsr olunmuş “Hüquqi dövlətlərin əsasları”mövzusunda keçirdiyi olimpiadada fərqlənmiş,Zəkəriyəyeva Nadir İlham oğlu Azərbaycan Milli yığma komandasının tərkibində respublikamızı Argentinada keçiriləcək Yay Olimpiya oyunlarında təmsil edəcək,Abışsoy Fidan respublikamızda təşkil olunmuş”Ölkəmizi tanıyaq”maarifləndirici layihədə Sabunçu rayonunun komandasının tərkibində”Breyn ring yarışmasında fərqlənmişdir.Hər üç şagird məktəb rəhbərliyi tərəfindən Dilomlarla təltif olunmuşdur.
Tədbrə qonaq kimi yüksək balla Ali məktəblərə qəbul olunmuş ,2016-2017 –ci ilin məzunları da dəvət olunmuşlar.Onlar əldə etdikləri uğurlara görə öz müəllimlərinə minnətdarlıqlarını da bildirmişlər.
Tədbir məktəblilərin rəngarəng musiqi və rəqsləri ilə sona çatmışdir.