Azərbaycan tarixindən “Açıq dərs” keçirilmişdir.

Bakı şəhəri Sabunçu rayonu E.Misirxanov adına 71 №-li orta məktəbinin VIa sinfində Azərbaycan tarixi fənnindən Açıq dərs keçirilmişdir. Dərs tarix müəllimi Quliyeva Solmaz tərəfindən hazırlanmışdı.Dərsin mövzusu “Son tunc və İlk Dəmir dövrü”idi.Dərs Prezident İ.Əliyevin İKT-dən orta məktəblərdə dərslərin təşkilində müsbət rolu haqqında çıxıişının video-çarxı ilə başladı. Müasir dərsin tələblərinə uyğun olaraq şagirdlər qruplara bölünmüşdü.Qruplara adlar verilmişdi:I qrupa-Cavanşir,II qrupa-Babək,III qruap-Koroğlu,IV qrupa isə Qız Qalası. Dərsin Motivasiya bölümündə Elektron lövhədə Tunc və Dəmir dövrün özündə əks etdirən slayd və şəkillər vasitəsilə şagirdlər mövzunun adını müəyyən etdilər. Növbəti mərhələdə müəllim tədqiqat sualı ilə şagirdləri tanış edərək iş vərəqələrin payladı. Şagirdlər əməkdaşlıq şəraitində mənbələrdən düzgün istifadə edərək suallara ətraflı cavab hazırladılar.Qruplar müəyyən edilmiş vaxtda sualların cavabı yazılmış iş vərəqələrin təqdim etdilər.İş vərəqələri lövhədən asıldı.Müəllim köməkçi suallardan istifadə etməklə əldə olunmuş faktların məqsədyönlü müzakirəsini təqdim etdi.Xəritədə Tunc və Dəmir dövrünə aid ərazilər şagirdlər tərəfindən göstərildi.Onlar Tunc və Dəmir dövrünə aid tapılmış müxtəlif maddi mədəniyyət nümunələrinin rəsmlərindən ibarət sərgi də nümayiş etdirdilər.Mövzu ilə əlaqədar slayd nümayiş olundu. Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bigiləri ümumiləşdirərək əldə edilmiş ideyanı şagirdlərin ilkin fərziyyəri ilə müqayisəsini təşkil etdi.Elektron lövhədə qrupların qiymətləndirmə müyarlarının cədvəlində hər bir qrup qiymətləndirildi.Dərsin gedişində Q.Nuray,M.Rəna,X.Zeynəb,İ.Aysu, B.Aygün,M.Aysun,M.Müjgan,İ.Harun,Y.Tunar,H Kamal və başqaları xüsusi fəallıq göstərərək IV dərəcə ilə qiymətləndirildilər.