Qarabağda xalçaçılığın inkişaf potensialı

“Qarabağda xalçaçılığın müasir inkişaf potensialı”
Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı”layihəsinin yekun mətbuat konfransı keçirilmişdir.Konfransda elektron məlumat bankın və bukletlərin təqdimatı da həyata keçirilmişdi.Konfransda elm xadimləri,rəssamlar,xalçaçılar iştirak edirdi.Dəvət olunan qonaqlar arasında Sabunçu rayonu E.Misirxanov adına71 № li tam orta məktəbin müəllim və şagird kollektivi də vardı.Konfransı giriş sözü ilə layihənin rəhbəri Röya Tağıyeva açaraq Qarabağ ərazisində xalçaçılığının tarixindən,qarabağ zonasında xalçaçılarla görüşündən və bu görüşdə aldığı təssüratlardan bəhs etdi.Sonra konfrans iştirakçıları da öz məruzələrində bu sənəti yaşadıb gələcək nəslə çatdırmağın vacibliyindən söz açdılar.71 №li məktəbin şagirdi Aysu İbrahimova konfrans iştirakçılarına belə bir sualla müraciət etdi:Bizim bu sənəti öyrənməyimiz üçün olmazmı ki,orta məktəblər xalça dəzgahları ilə təmin olunsun və biz xalqımızın milli mədəniyyət nümunələrini daha dərindən öyrənək? Onu sualını cavablandıran Röya xanım belə bir təşəbbüsün həyata keçirməsi üçün əlindən gəlni əsirgəməyəcəyinə söz verdi.Şagirdlər bu konfransda xalçaçılığa dair bir sıra bilgilərə yiyələndilər