Qarabağ xalçaları sərgisi

Nur ART House qalereyasında Qarabağ xalçalarının inkişaf potensialı layihəsi çərçivəsində sərgi təşkil edilmişdir.Sərgiyə Sabunçu rayonu E.Misirxanov adına 71 № li məktəbin də kollektivi dəvət olunmuşdu.Sərgi iştirakçıları Qarabağ xalçalarının bir çox çeşidləri ilə tanış olmuşlar.Şagirdlər xalça toxuma sənəti ilə də tanış olmuşlar.Onlar yunun necə əyrilib ip halına salınması,onun boyanması və xalçanın toxunması ilə yaxından tanış olmuşlar.Sərgidə bir çox alimlər,rəssamlar,xalçaçılar da iştirak etmiş və qədim xalça sənəti haqqında ətraflı məlumat vermişlər.Onlar öz çıxışlarında mənfur ermənilərin Qarabağ xalçalarını öz adlarına çıxmasından bəhs edərək onların yalanlarını ifşa etmişlər.Məktəbin tarix müəllimi Solmaz Quliyeva da öz çıxışında qeyd etmişdir ki,Tarix dərslərini tədris edərkən Qarabağda xalçaçılıq sənəti haqqında şagirdlərə vaxtaşırı geniş məlumat verir.
Şagirdlər bu sərgidən geniş təəssüratlarla ayrılmışlar.