"Xocalı soyqırımı" uşaqların gözü ilə.
25.02.2015-ci il tarixdə Elxan Misirxanov adına 71 №-li tam orta məktəbdə Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Məktəblilər Xocalı soyqırımına həsr olunmuş şerlər söyləmiş, kompozisiya ilə çıxış etmişlər.Şagirdlər əl işlərindən ibarət sərgi də nümayiş etdirmişlər. Tədbirdə Təlim-tərbiyə işləri üzrə direktor müavini Azəri Şəmsiyyə, tarix müəllimləri Əliyeva Mahirə, Quliyeva Solmaz, ibtidai sinif müəllimi Qocayeva Zülfiyyə Xocalı faciəsi və onu doğuran səbəblər haqqında geniş məlumat verərək erməni vəhşiliklərini pisləmişlər.Sonda Xocalı faciəsini özündə əks etdirən kadrlar,sənədli filmlər nümayiş etdirilmişdi. Məktəbin direktoru Mahirə Qocayeva çıxış edərək Ali Baş komandan,möhtərəm prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində erməni işğalı altında olan torpaqlarımızın tezliklə geriyə qaytarılacağına, qaçqın və köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağına əmin olduğunu bildirmişdi.Tədbirin sonunda Xocalı faciəsinə aid sənədli slaydlar nümayiş etdirildi.