9 noyabr- Dövlət Dayrağı Günüdür.

1918-ci il noyabarın 9-daAzərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası bayraq haqqında qərar verib.Qərara əsasən Milli bayrağımız yaşıl,qırmızı,mavi rəngdən ,ağ aypara və səkizguşəli ulduzdan ibarət təsdiq edilmişdir. 2009-cu ilin noyabr ayında prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr Azərbaycan Dövlət Bayrağı Günü elan edilir. Bayrağımıza hörmət əlaməti olaraq hər il noyabrın 9-da bütün müəssisə və təşkilatlarda olduğu kimi bizim məktəbimizdə də geniş tədbirlər keçirilir.Noyabrın 7-də məktəbimizin bir qrup şagirdi M.S Ordubadinin ev-muzeyində Bayraq Gününə həsr olunmuş”Bir kərə yüksələn bayraq bir daha enməz” ədəbi-bədii kompozisiyadan ibarət tədbir keçirdilər.Tədbiri giriş sözü ilə muzeyin direktoru Lalə Abbaszadə açaraq bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi.Muzeyin elmi işçisi İradə Vəliyeva,muzeyin baş fond mühafizəçisi Rasimə Əhmədova, Sabunçu rayonu 71 № li məktəbin tarix müəllimi Solmaz Quliyeva da çıxış edərək Bayraq günü haqqında ətraflı məlumat verdilər. Tədbirdə iştirak edən şagirdlər hazırladıqları kompozisiyanı təqdim etdilər.X sinif şagirdi Aidə Əlizadə,IX sinif şagirdləri Novruzov Hüseynəli,Ədilzadə Rəşad,VIII sinif şagirdləri Məsimova Aysun,Babayeva Aygün və İbrahimli Aysunun çıxışları,ifa etdikləri şerləri alqışlarla qarşılandı.Rəşad Ədilzadə gitarada bir neə vətənpərvərlik mahnıları ifa etdi. Tədbirin sonunda şagirdlərə muzeyin bələdçisi Nərmin Baxşiyeva muzey haqqında, M.S.Ordubadinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi