Müstəqilliyimiz əbədidir

18 oktyabr Azərbaycan Respublikası Müstəqillik günü ilə əlaqədar Bakı şəhər Sabunçu rayonu E.Misirxanov adına 71 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Husiyeva 4a sinif şagirdləri ilə birgə “Müstəqilliyimiz əbədidir” adı altında tədbir keçirmişdir.Tədbirdə məktəbin dərs hissə müdiri və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəmsiyyə Azəri də iştirak etmişdir.Tədbiri açıq elan edərək sinif rəhbəri qeyd edib ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi,qüdrətləndiyi şagirdlərin bird aha diqqətinə çatdırılmışdır.Tədbir şagirdlərin çıxışları ilə davam etdirilmişdir. Şagirdlər şeirlər söyləmiş, mahnılar oxumuşlar. Tədbir Ulu Öndərin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözləri ilə yekunlaşmışdır.