“Ana və vətən qarşısında borcumuz”

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar.13.11.2015-ci il tarixində Sabunçu rayonu E.Misirxanov adına 71 №-li tam orta məktəbdə biologiya müəlliməsi Zərifə Cəfərova “Həyat bilgisi” fənni üzrə açıq dərs keçirmişdir. Mövzu “Ana və vətən qarşısında borcumuz” olmuşdur. Biologiya müəlliməsi Zərifə Cəfərova şagirdlərə sərbəst iş tapşırmışdır. Şagirdlərimiz məktəbimizin 8 Şəhid məzunu haqqında məlumat toplamalı idi.1. Piriyev Sadıq.2. Zeynalov Zaur.3. Zeynalov Elşad.4. Qəmbərov Arif.5. Misirxanov Elxan.6. Göyüşov Ruslan.7. Kazımov İsgəndər.8. Mustafazadə Zöhrab.VI B və VI Ə sinif şagirdləri bu şəhidlər haqqında həm məlumat, həm də video material toplamışdılar. Şəhidlərin çərçivədə şəkillərini hazırlamışdılar. Şəhidlərə aid tablo , Şəhid Mübariz İbrahimovun qəhramanlığını əks etdirən tablo tərtib etmişdirlər. Şəhid analarını və oğullarını tərənnüm edən kompozisiya hazırlamışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi