Musiqidən illik hesabat dərsi

Məktəbimizdə 13 iyun 2017-ci il tarixində 7 “D” sinfində musiqidən il ərzində keçilən mövzular əsasında illik hesabat dərsi keçirildi. Şagirdlər keçilən əsərlərdən parçalar hazırlayaraq müxtəlif obrazlarada çıxış etdilər , müxtəlif ölkələrin rəqslərini və musiqilər ifa etdilər . Bu dərsdə məktəbin direktoru Mahirə Qocayeva, təlim- tərbiyə üzrə direktor müavinləri Elçin Hüseynov və Zərifə Cəfərova , təşkilati işlər üzrə direktor müavini Azəri Şəmsiyyə də iştirak edərək məktəbin musiqi müəllimi Məryəm Qurbanovaya öz təşəkkürlərini bildirdilər.