“Sülh naminə birləşək”

Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi....Bu gün də Azərbaycanın bütün vətəndaşları sülhü qoruyub saxlamaqda davam edir, çünki bu Öndərimiz Heydər Əliyevin davamçısı olan prezidentimiz İlham Əliyev tərəfindən də böyük miqyasda genişləndirilir. Sülhü qorumaq bütün dünyaya car çəkilir.Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbdə “Sülh naminə birləşək” mövzusunda rəsm sərgisi və inşa müsabiqəsi keçirilib. Şagirdlər də bu mövzu ilə əlaqədar gözəl rəsm əsərləri yaradıblar. Rayon turunda rəsm müsabiqəsi keçirilib və şagirdlərimiz iştirak edib. İnşa müsabiqəsi üçündə şagirdlər arasında ciddi hazırlıq gedir .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi