"QOY HƏMİŞƏ SÜLH OLSUN” adlı tədbir

Uşaqlar dünyanın sevinci,bəzəyidir. Onlar bizim gələcəyimizdir.Gələcəyin qurucuları olan şagirdlərimizin duzgün formalaşmasinda müəllimlərin, xüsusilə ibtidai sinif müəllimlərinin uzərinə böyük məsuliyyət düşür.1iyun Usaqların Beynəlxalq Müdafiəsi Günündə 1c sinif şagirdləri ilə " Qoy həmişə sülh olsun"başlığı altında təşkıl etdıyim bayram tədbirimiz də, məhz usaqların müdafiəsinə, onların daim sülh şəraiti altında xoşbəxt böyüməsinə həsr olunmusdu.Şagirdlərin sevə-sevə söylədikləri şeirlər, mahnilar, göstərdikləri rəqs nümunələri onları dinləyənlərin sevincinə səbəb oldu. Tədbirdə məktəbimizin direktoru Qocayeva Mahirə çıxış edərək uşaqları təbrik etdi,bildirdi ki, bu gün uşaqların gözəl şəraitdə yaşaması,təhsil alması üçün Dölətimiz tərəfindən çox böyük işlər görülür.M.Qocayeva uşaqlara Vətənimiz Azərbaycanın adını daim uca tutmagı arzuladı.Daha sonra məktəbimizin direktor müavinləri Şəmsiyyə Azəri, Zərifə Cəfərova,Elçin Hüseynov, Elnurə İsmayılova da çixiş edərək şagirdləri təbrik etdilər, onlara öz urək sözlərini çatdırdilar.Bayram tədbirində iştirak edən Azərbaycan Təhsil Şurasının katibi, "Təhsil və Zaman" qəzetinin redaktoru Böyükaga Mikayıllı Beynəlxalq Uşaqlar Günü münasibətilə çıxış edərək usaqları təbrik etdi, onlara uğurlar, nailiyyətlər arzuladı. Əsmayə İsmayılova. ibtidai sinif müəllimi.