“Vaqif poeziyasının işığında”

E. Misirxanov adına 71 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Hafizə 27 may 2017-ci il tarixində M. P. Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Vaqif poeziyasının işığında” adlı tədbir keçirdi. Tədbirdə Vaqifin həyat və yaradıcılığı, ictimai –siyasi fəaliyyəti və s.haqqında geniş məlumat verilib. Şagirdlər hazırladıqları seirləri, qəzəlləri, səhnəcikləri və S. Vurğunun “ Vaqif “ dramından bir parçanı yüksək səviyyədə nümayiş etdirdilər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri yazıçı, jurnalist, Abdulla Hacı Nəriman oğlu , məktəbin direktoru M. Qocayeva , təlim- tərbiyə işləri üzrə director müavinləri: Z. Cəfərova , E.Hüseynov, təşkilat işləri üzrə direktor müavini Ş. Azəri, Azərbaycan dili və ədəbiyyat müəllimləri də iştirak etdilər. Sonda qonaq -nümayəndə, məktəbin drektoru, müəllimlər çıxış edərək Hafizə müəlliməni təbrik etdilər və tədbirin yüksək səviyyədə keçdiyini qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi