Azərbaycan gəncləri narkotikə yox deyir !

Azərbaycan gəncləri narkotikə yox deyir !Günümüzün ən böyük problemlərindən olan, insanları qorxuya salan fəlakətə aparan narkomaniya.Nədir narkomaniya ? Narkomaniya insanın ağlını, iradəsini, duyğularını zədələyən mənəvi xəstəlikdir. Yoxsulluq, həbsxana, təhqir, qorxu, ölüm deməkdir.Tənhalıq , ağrı,fiziki tənəzzül deməkdir. Ümumiyyətlə, şəxsiyyətə zərər verən amildir. Bu gün dünyanın hər yerində narkomaniyaya qarşı mübarizə aparılır.Respublikamızın hər yerində bütün idarə, təşkilatlarda, təhsil ocaqlarında gənclərimizi narkomaniyadan çəkindirmək, qorumaq üçün müxtəlif tədbirlərhəyata keçirilir. Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbdə "Azərbaycan gəncləri narkotikə yox deyir” mövzusunda rəsm sərgisi keçirilir. Çünki narkotikə aludəçilik daha çox gənclər arasında yayılır. Məktəbimizdə həmişə “Narkomaniya və onun insana vurduğu fəsadlar” mövzusunda ictidai tədbirlər keçirilir, şagirdlərimizə bu barədə yetərincə məlumat verilir.Odur ki, şagirdlərimiz narkomaniyanın insan həyatına gətirdiyi fəlakəti, zərərləri öz uşaq duyğuları və düşüncələrində dərk edərək münasibətlərini çəkdikləri rəsm əsərlərində əks etdirməyə çalışıblar.“Azərbaycan gəncləri narkotikə yox deyir” mövzusunda rəsm çəkən şagirdərimiz bunlardır: Ağayeva Ülkər X a sinifi, Qəmbərli Nərmin X b sinifi, Əlizadə Həsən X ç sinifi, Hüseynova Arzu VIII ç sinifi, Rəcizadə Zülfiyyə IX a sinifi, Abdullayev Gündüz X b sinifi, Hüseynli Ləman VIII c sinifi,Həsənzadə Xalidə VIII ç sinifi. Hər bir vətəndaşın borcudur ki, ölkəmizin ümumiyyətlə bəşəriyyətin gələcəyi olan yeniyetmə və gəncləri narkomaniya kimi bəladan qurtarmaq üçün narkomaniya ilə mübarizə aparsın !