“Əl işləri” adlı sərgi müsabiqəsi

Sabunçu rayonu E.Misirxanov adına 71 nömrəli tam orta məktəbdə 5 may 2017-ci il tarixində Ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş “Əl işləri “ adlı sərgi-müsabiqəsi təşkil edilmişdir. Sərgidə məktəbin 6 b sinif şagirdlərinin əl işləri nümayiş edilmişdir. Bu əl işləri xüsusi təyin edilmiş münsiflər heyəti: tərbiyə işləri üzrə direktor müavini Azəri Şəmsiyyə, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, təsviri incəsənət müəllimi Mətanət Abdullayeva, texnologiya müəllimi Xocayeva Soltan tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir . 1-ci yer Novruzova Fidan Anar qızı, 2-ci yer Bayramov Şahin Anar oğlu, 3-cü yer Baxışova Aytac İrşad qızı, 4-cü yer Səttarov Murad Aqil oğlu məktəbin direktoru Mahirə Qocayeva tərəfindən diplomlarla təltif olunmuşlar. Sərgidə çıxış edən M.Qocayeva, Z.Cəfərova, E.Hüseynov, Ş.Azəri çıxış edərək şagirdləri və sərgini təşkil edən sinif rəhbəri dil-ədəbiyyat müəllimi Əlili İlahəyə öz dərin təşəkkürlərini bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi